3 saylı cəzaçəkmə müəssisəsi niyə 55 ton ARPA ALIR? – RƏSMİ AÇIQLAMA 

3 saylı cəzaçəkmə müəssisəsi niyə 55 ton ARPA ALIR? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: 3 saylı cəzaçəkmə müəssisəsi niyə 55 ton ARPA ALIR? – RƏSMİ AÇIQLAMA 

161301

Son günlərdə mətbuatda yayılan xəbərə görə, Penitensiar Xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi arpa toxumu alır. Bununla bağlı kotirovka sorğusu elan edilib. Sorğunun şərtlərindən məlum olur ki, cəzaçəkmə müəssisəsi 55 ton arpa toxumu almaq niyyətindədir. Şərtlərdə toxumun əkinə yararlı olması xüsusi vurğulanır. Kotirovka sorğusu oktyabrın 31-dək davam edəcək.

Məlumatdan belə aydın olur ki, cəzaçəkmə müəssisəsinin həyətində arpa əkiləcək. Maraqlıdır ki, 55 ton arpa toxumu 200 hektar sahədə əkin işləri aparmağa imkan verir. Bir cəzaçəkmə müəssisəsinin bu qədər boş əraziyə sahib olması isə real görünmür.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada TAXIL BÖHRANI – Azərbaycanda qiymətlər BAHALAŞACAQ? – ARAŞDIRMA
 


Bəs, bu qədər arpanın alınmasına səbəb nədir?

Məsələni aydınlaşdırmaq üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxladıq. 

Xidmətin sözçüsü Tanrıverdi Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, tender haqqında məlumat onların vasitəsi ilə yayılmayıb:

“Ona görə də 55 ton arpa toxumunun hansı məqsədlə alınması barədə bizdə konkret məlumat yoxdur”.

Qeyd edək ki, 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi Xəzər rayonunun Binə qəsəbəsində yerləşir.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO