Əmanətlərin Sığortalanması Fondu

Əmanətlərin Sığortalanması Fondu "Muğan Bank”ın ləğvedicisi təyin edildi

Hazırda oxunan: Əmanətlərin Sığortalanması Fondu "Muğan Bank”ın ləğvedicisi təyin edildi

161292

Bakı Apellyasiya Məhkəməsinin oktyabrın 24-də 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Bu barədə Bizim.Media-ya Əmanətlərin Sığortalanması Fondundan (ASF) bildirilib.

Qeyd olunub ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 %-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO