Hərbi təlimdə silah və texnikanın sərgisi nümayiş etdirildi

Hərbi təlimdə silah və texnikanın sərgisi nümayiş etdirildi

Hazırda oxunan: Hərbi təlimdə silah və texnikanın sərgisi nümayiş etdirildi

161288

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.

"Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin "Roketsan", "Havelsan", "Aselsan", "Baykar" və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.

Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO