Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib.
Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Müzakirələrdən sonra layihə üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Bizim.Media
![Müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək Müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək](https://bizim.media/file/articles/2023/10/24/1698134686_64c24a885d1db64c24a885d1dc169045466464c24a885d1d664c24a885d1d8.jpg)
- A-
- A
- A+
Cəmiyyət
11:56 / 24.10.2023
Müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
Hazırda oxunan: Müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
Hazırda oxunan: Müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
161264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.