ŞAHİD: “Xaçatryanın Meşəli sakinini baltaladığını gördüm” – VİDEO  

ŞAHİD: “Xaçatryanın Meşəli sakinini baltaladığını gördüm” – VİDEO  

Hazırda oxunan: ŞAHİD: “Xaçatryanın Meşəli sakinini baltaladığını gördüm” – VİDEO  

161241

“Vaqif Xaçatryan ittihamları qəbul etməsə də, Meşəli sakini Qəniməti baltalayıb”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Vaqif Xaçatryanın bu gün keçirilən məhkəmə iclasında zərərçəkmiş Alış Alışov deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Vaqif Xaçatryanın növbəti məhkəmə iclası BAŞLADI – VİDEO
 


“Atışma başlayanda mən kənddə idim. Rəhmətlik Novruzun evinin üstündə Vaqif Xaçatryan digər dəstə üzvləri ilə birgə toplaşmışdılar. Onları rəhmətlik Qəniməti Sadayın evində balta ilə vuranda görmüşəm”. 

Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır. 

Görüntüləri təqdim edirik: 
 

Nuranə Daxilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO