“Bundan əvvəl bir bloger də gəlib, telefon paylayırdı. Ora üz tutan insanlar tamah və ya lotoreya eşqi ilə gedirlər. İnsanlar bayağılığa meyil edən anlayışa sahibdilərsə, onları kimsə aldatmalı, pullarını əllərindən almalıdır”.
Bu fikirləri türkiyəli iş adamı Acun İlıcalının Bakı səfəri ilə bağlı Bizim.Media-ya danışan deputat Fazil Mustafa deyib.
MÖVZU İLƏ BAĞLI:
Acun İlıcalı Bakıya gəldi: “Atamın anası azərbaycanlıdır” - FOTO/VİDEO
“Acun İlıcalı nə etsin ki?
Burada rahat insanlar tapıb və pullarını əllərindən alır. Bu insanlar kitab və ya rəsm sərgisinə axışmazlar. Mən burada qəbahət görmürəm, normal yanaşıram. Acun öz “xammal”ından istifadə edib. Məsələn, bir başqa dələduz da psixoloq adı ilə istənilən auditoriyanı yığa bilər. Sözügedən insanlar hansısa tanınmış Xalq yazıçısı və ya şairlə şəkil çəkdirməzlər. Bu insanlar hansısa müğənni ilə foto çəkdirməyi özlərinə imtiyaz və ya qürur mənbəyi sayırlar.
Aldanmaq da insanların öz seçimidir.
Acun İlıcalı tamamilə doğru edib, özünə uyğun adamları tapıb. Normal düşüncəli insanın Acun İlıcalı ilə nə işi var? Sözügedən iş adamı ilə görüşdən sonra kimin ağlı artıb? Kimsə aldanmaqdan zövq alırsa, getsinlər. Biz çağırırıq ki, kitab oxuyun, belə şeylərə inanmayın, öz ağlınızdan istifadə edin. Həmin insanlar isə deyir ki, öz ağlımız bizim nəyimizə lazımdır?...”
Məhərrəm Əliyev, Bizim.Media