Qaxda keçmiş məhkum mağazalardan pul və “nisyə dəftərləri”ni oğurladı – FOTO/VİDEO 

Qaxda keçmiş məhkum mağazalardan pul və “nisyə dəftərləri”ni oğurladı – FOTO/VİDEO 

Hazırda oxunan: Qaxda keçmiş məhkum mağazalardan pul və “nisyə dəftərləri”ni oğurladı – FOTO/VİDEO 

161224

Qax rayonunun Fıstıqlı kəndində bir gecədə iki mağazadan oğurluq edilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxs kassalarda olan ümumilikdə 2 min manata yaxın pulu, danışıq kartlarını, siqaretləri və “nisyə dəftərləri"ni oğurlayıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Tofiq Mirzəyev saxlanılıb.

Saxlanılan şəxs ifadəsində əməli törətdikdən sonra paytaxta getdiyini, əldə etdiyi pulları əyləncə mərkəzlərində xərclədiyini bildirib. 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. 
 




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO