Göyçayda şəhid İntizam Qaçayevin anım günü keçirilib - FOTO 

Göyçayda şəhid İntizam Qaçayevin anım günü keçirilib - FOTO 

Hazırda oxunan: Göyçayda şəhid İntizam Qaçayevin anım günü keçirilib - FOTO 

161169

Göyçayın İkinci Ərəbcəbirli kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Qaçayev İntizam Əkbər oğlunun üçüncü ildönümü qeyd olunub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, mərasimdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Anım mərasimində şəhidin əziz xatirəsini ehtiramla yad edilib və məzarı üzərinə gül dəstələri düzülüb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid İntizam Qaçayevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib. 

Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. 
Xatırladaq ki, şəhid Qaçayev İntizam Əkbər oğlu14 dekabr 2001-ci il tarixində Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olub. 08 yanvar 2020-ci il tarixində həqiqi hərbi xidmətə cağrılıb. 23 oktyabr 2020-ci il tarixdə cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub.  

O, Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 










Bizim.Media, Aran bürosu
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO