730 nəfər magistr təhsilindən imtina etdi

730 nəfər magistr təhsilindən imtina etdi

Hazırda oxunan: 730 nəfər magistr təhsilindən imtina etdi

16116

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qeydiyyatı başa çatıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, magistraturaya qəbul olunan 5359 bakalavrdan (o cümlədən "ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4629 nəfəri qeyd olunan müddətdə ali təhsil müəssisələrində qeydiyyatdan keçib. 730 nəfər qeydiyyatdan keçməyən bakalavrdan 270-i oğlan, 460-ı qızlardır. Bakalavrın qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

 

Qeyd edək ki, qeydiyyat prosesi 28 iyun – 11 iyul tarixlərində aparılıb. Boş qalan plan yerləri haqqında məlumat  "Magistr” jurnalının 6 nömrəli buraxılışında veriləcək. İxtisaslaşma seçimi 08-14 avqust tarixlərində aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO