“Muğan Bank”ın rəhbər şəxsləri prokurorluğa ÇAĞIRILDI 

“Muğan Bank”ın rəhbər şəxsləri prokurorluğa ÇAĞIRILDI 

Hazırda oxunan: “Muğan Bank”ın rəhbər şəxsləri prokurorluğa ÇAĞIRILDI 

161148

Ötən həftə Mərkəzi Bankın qərarı ilə ləğv olunan “Muğan Bank” ASC-nin vəzifəli şəxsləri Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə çağırılıb. Bu barədə Gununsesi.info saytı məlumat yayıb. 

Bildirilib ki, “Muğan Bank”ın vəzifəli şəxsləri bu həftə ərzində adıçəkilən idarədə dindiriləcək. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bank rəhbərliyində təmsil olunan şəxslər daha əvvəl açılmış cinayət işi üzrə prokurorluğa çağırılıb. 

Mətbuatda “Muğan Bank”ın Mingəçevir filialının sabiq rəhbərinə qarşı cinayət işinin açılması barədə məlumat verilib. Həmçinin daha əvvəl də bankla bağlı oxşar xəbərlər yayılıb. 

Qeyd edək ki, “Muğan Bank” “Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığı əsas gətirilərək ləğv edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO