“Avropanın Azərbaycana sanksiya tətbiq etməsi müzakirə mövzusu deyil” – Elmar Məmmədyarov

“Avropanın Azərbaycana sanksiya tətbiq etməsi müzakirə mövzusu deyil” – Elmar Məmmədyarov

Hazırda oxunan: “Avropanın Azərbaycana sanksiya tətbiq etməsi müzakirə mövzusu deyil” – Elmar Məmmədyarov

161141

Xəbər verdiyimiz kimi, yaxın saatlarda Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Lüksemburqda keçiriləcək görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək.

Bəs, bu görüşdə hansısa sənəd qəbul edilə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Avropa İttifaqı bu dəfə yəqin ki, ABŞ prezidentinin və Avropa İttifaqı rəhbərliyinin qəbul etdiyi bəyanatları müzakirə edəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Elmar Məmmədyarov keçmiş danışıqların DETALLARINI AÇIQLADI – “Təklif etdilər ki, 5 rayonu qaytaraq...”


“Bunda da qeyri-adi bir məsələ yoxdur. Çünki hər iki bəyanatda Azərbaycan və Ermənistana çağırış edilir ki, münasibətlər sülh yolu ilə, ölkələrin suverenliyi və ərazi bütövlüyü çərşivəsində normallaşdırılsın. Bugünkü müzakirələrdə də hər iki bəyanatın əsas tezisləri müzakirə ediləcək. İnanmıram ki, Aİ xarici işlər nazirləri səviyyəsində hansısa bir sərt bəyanat qəbul edilsin. 

Çünki, ABŞ və Aİ Ermənistan-Azərbaycan danışıqlarını yenidən bərpa etmək istəyir. Hətta oktyabrın sonunda Brüsseldə çoxtərəfli görüşün keçirilməsi gözlənilir. Hələlik, görüşdə Azərbaycan Prezidentinin, erməni baş nazirinin və Aİ Prezidentinin iştirak edəcəyi deyilir. 

Belə bir həssas dönəmdə Aİ hansısa radikal addım atacağı inandırıcı gəlmir.

Yada salaq ki, oktyabrın əvvəllərində Qranadada planlaşdırılan çoxtərəfli görüşdə Azərbaycan lideri bəlli səbəblərə görə iştirak etmədi. Ona görə də növbəti görüşün baş tutması üçün Aİ hansısa çağırışlar edəcək. Burda hansısa iqtisadi sanksiyalar müzakirə mövzusu ola bilməz. Bunun üçün məntiqi əsas da yoxdur”. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO