Qırğızıstanda İƏT Modeli-2023 keçirilib – FOTO  

Qırğızıstanda İƏT Modeli-2023 keçirilib – FOTO  

Hazırda oxunan: Qırğızıstanda İƏT Modeli-2023 keçirilib – FOTO  

161131

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Qırğızıstanın Birləşmiş Gənclər Təşkilatı və Aktiv Könüllüləri İB-nin təşkilatçılığı, eləcə də Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti nazirliyi və Qırğızıstan Gənclər Konqresinin tərəfdaşlığı ilə bu ölkənin paytaxtı Bişkek şəhərində “İslam Əməkdaşlıq Modeli – Beynəlxalq Münasibətlər Akademiyası 2023” tədbiri keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirin açılış mərasimində onlayn formatda çıxış edən İƏGF Avrasiya Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti nazirliynin Gənclər Siyasəti Departamentinin rəhbəri Askar Şaikidinov, eləcə də bu ölkənin parlamentinin deputatı Nurcigit Kadırbekov təbrik nitqləri ilə çıxış edərək, bu tipli təbirlərin gənclərin sürətlə qloballaşan dünyada liderlik qabiliyyətlərinin inkişafında oynadıqları roldan bəhs ediblər.  

V.Qurbanov öz çıxışında Qırğızıstan Birləşmiş Gənclər Təşkilatının azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda keçirdiyi ekoaksiyaya, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan xalqına və dövlətinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, eləcə də son zamanlar müsəlman dünyasında baş verən hadisələrin fonunda müsəlman gəncliyi arasında həmrəyliyin vacibliyini vurğulayıb. 

Qırğızıstanın bir sıra ali məkbətlərini təmsil edən, əsasən beynəlxalq münasibətlər və diplomatiya sahəsi ilə maraqlanan 100 gəncin iştirak etdiyi, ingilis və qırğız dillərində keçirilən bu tədbirdə “İƏT ölkələrində kreativ iqtisadiyyat və mədəni sənayenin inkişafı”, “İqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı iqtisadiyyatın iqtisadi aspektləri”, “Kreativ iqtisadiyyat və süni intellekt sahəsində beynəlxalq əməkdaşlıq” və “İƏT ölkələrində birgə elmi və texniki təşəbbüslərin irəli sürülməsinin mümkünlüyü” mövzuları ətrafında debatlar keçirilib.  

Debatlar İƏT-in İqtisadi və Ticari Əməkdaşlıq Komitəsi, İslam İqtisadi, Mədəni və Sosial İşlər üzrə Komissiyasının, İƏT Xarici İşlər Nazirləri Şurası və Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəinin iclaslarının simulyasiyası əsasında baş tutub.
Debatlarda həmçinin Fələstin problem, Yaxın Şərqdə baş verən hadisələr, müsəlman ölkələrində təhsil və elm sahəsində olan problemlər də müzakirə olunub.  

Qırğızıstanda keçirilən bu layihənin əsas məqsədi təhsil, elm, informasiya və mədəni sahələrdə gənclərin həmrəyliyini gücləndirmək, gənclər arasında ekstremizmin qarşısını almaq və İƏT ölkələrində əldə edilən uğurlar haqqında gəncləri məlumatlandırmaqdır. 

Qeyd etmək lazımdır ki, “İƏT Modeli” proqramı ilk dəfə 2011-ci ildə İƏGF Avrasiya Regionalı Mərkəzi tərəfindən təşəbbüs kimi irəli sürülüb və həmin dövrdən etibarən bu proqram hər il həm milli, həm də beynəlxalq səviyyədə uğurla həyata keçirilir. Proqramın əsas məqsədi İƏT ölkələrində fəaliyyət göstərən gənclərin liderlik qabiliyyətlərinə, kommunikativ və beynəlxalq arenada təmsilçilik bacarıqlarına töhfə verməkdir. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO