Gəncədə sərnişin avtobusu AŞDI: Xəsarət alanlar var – FOTO/VİDEO  

Gəncədə sərnişin avtobusu AŞDI: Xəsarət alanlar var – FOTO/VİDEO  

Hazırda oxunan: Gəncədə sərnişin avtobusu AŞDI: Xəsarət alanlar var – FOTO/VİDEO  

161123

Gəncədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Xan bağı ərazisində qeydə alınıb.

1 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu sürücünün idarəetmənin itiməsi nəticəsində yolun kənarındakı xəndəyə düşərək aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, təcili yardım briqadaları cəlb olunub. 
Bizim.Media-nın əldə etdiyi məlumata görə, avtobusda 12-15 sərnişinin olduğu bildirilir. İlkin məlumata görə, xəsarət alanlardan ağır vəziyyətdə olan yoxdur. 

Avtobusun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunduğu, işlərin yarımçıq saxlanıldığı bildirilir.

Hadisə Xan bağı ərazisində, Əşrəf Yusifzadə küçəsində baş verib.

 

 




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO