“WhatsApp” sabahdan bəzi smartfonlarda işləməyəcək

“WhatsApp” sabahdan bəzi smartfonlarda işləməyəcək

Hazırda oxunan: “WhatsApp” sabahdan bəzi smartfonlarda işləməyəcək

161117

“WhatsApp” oktyabrın 24-dən etibarən bəzi smartfonlarda işləməyəcək.

Bizim.Media xəbər verir ki, “WhatsApp” “Google” mobil əməliyyat sisteminin “Android 5.0” və daha köhnə versiyalarında mövcud olmayacaq.

“Google Nexus 7”, “Sony Xperia Z”, “LG Optimus G Pro’ və “HTC One” kimi bir vaxtların məşhur telefonları artıq “WhatsAp”ı dəstəkləməyəcək. Bundan əlavə, “Samsung”un “Galaxy Note 3” və “Galaxy S4” modelləri də “WhatsApp” dəstəyini itirəcək.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. 

"WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO