44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr

Hazırda oxunan: 44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr

161060

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bizim.Media Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə telefonla danışıb.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Vacib ərazi və yüksəkliklər azad edilib. Düşmən fərarilik edərək mövqeləri tərk edib.

- Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub. Düşmənin 4 PUA-sı zərərsizləşdirilib.

- Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib. Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilməsinin videogörüntüləri yayılıb.

- Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndinin videogörüntüləri yayılıb.

- Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilməsinin videogörüntüləri yayılıb.

- Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilməsinin videogörüntüləri yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO