Ağstafada sərxoş kişini polis xilas etdi

Ağstafada sərxoş kişini polis xilas etdi

Hazırda oxunan: Ağstafada sərxoş kişini polis xilas etdi

161015

Ağstafada özünü hündür yerdən atmaq istəyən kişini polis xilas edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Soyuqbulaq kəndində baş verib. 

Ağstafa rayon Polis Şöbəsinə rayon ərazisində bir nəfər şəxsin 13 metr hündürlüyündə dəmir konstruksiyadan özünü atmaq istəməsi barədə məlumat daxil olub. 
Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və intihara cəhd edən H. İbrahimovu təhlükəsiz şəkildə aşağı düşürüb. 

Bildirilib ki, İbrahimov həmin vaxt sərxoş vəziyyətdə olub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO