H.Hacıyev: ”Ermənistan çoxsaylı hərbi cinayət törədib”

H.Hacıyev: ”Ermənistan çoxsaylı hərbi cinayət törədib”

Hazırda oxunan: H.Hacıyev: ”Ermənistan çoxsaylı hərbi cinayət törədib”

1610

“Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib”.

Bizim.Media- nın məlumatına görə bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

Prezidentin kömkçisi deyib ki, bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi və qondarma rejimin guya rəhbəri olan şəxslər tərəfindən həyata keçirilib:

“Ermənistan silahlı qüvvələri hərbi təcavüz missiyasını həyata keçirir. Ermənistan ərazisindən raketlərin atılması və mülki əhalinin ölümü də Ermənistanın məsuliyyətini təsdiqləyir. Bu gün döyüşlərdə iştirak edənlərin də əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Ermənistan hərbi təcavüzü həyata keçirən tərəf kimi məsuliyyət daşıyır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO