Qənirə Paşayevanın vəsiyyəti yerinə yetirilmədi - SƏBƏBLƏR 

Qənirə Paşayevanın vəsiyyəti yerinə yetirilmədi - SƏBƏBLƏR 

Hazırda oxunan: Qənirə Paşayevanın vəsiyyəti yerinə yetirilmədi - SƏBƏBLƏR 

160931

Sentyabrın 28-də vəfat edən millət vəkili Qənirə Paşayeva bir neçə il əvvəl orqanlarını bağışlamaq barədə qərar veribmiş.

Bizim.Media kulis.az-a istinadən xəbər verir ki, o, həllə 2013-cü ildə dünyasını dəyişdiyi təqdirdə orqanlarını bağışlaması barədə qərar veirb.  

Bu barədə ailəsi ilə də razılığa gələndən sonra o, vəsiyyəti barədə mətbuata belə bir açıqlama vermişdi: 

“Mən ixtisasca həkiməm. Yəni tibb sahəsinin içərisindən gəlmişdim. Xeyli həkim dostlarım var. Bu qərarı verməmişdən öncə onlarla bu məsələni dəfələrlə müzakirə etmişəm. Bu məqam da məni insan öldükdən sonra orqanının bağışlanması məsələsinin həlli üzərində düşünməyə sövq edib. Bu məsələ həllini tapmalıdır.

Axı öldükdən sonra orqanlarım mənimlə bərabər torpağın altında niyə çürüsün? Həyatdan vidalaşanda öz orqanlarımızla bəlkə də ən faydalı işi görə bilərik. Bizim orqanlarımızla bir neçə insan yenidən həyata qayıda bilərsə, o zaman niyə biz bu faydalı işi görməyək? Vəsiyyət etməmişdən öncə bunu ailəmlə məsləhətləşdim.

Əlbəttə, əsas anamın bunu qəbul etməsi əsas idi. Çünki belə hadisələrdə ailə psixoloji şok yaşaya bilər. Anamla, bacımla, yaxınlarla çox rahat müzakirə etdik.

Müzakirədən sonra əleyhimə olmadılar. Ailəmdən ancaq mənəvi qızım Firuzə buna qarşı idi. Amma indi bilir ki, geriyə yol yoxdur. Əvvəl deyirdi ki, yox, mən sənədi gizlədəcəm. Deyirdim ki, necə gizlədəcəksən? Sənədi gizlətmək olmur axı? Amma artıq o da qəbul elədi..." 

Lakin onun ölümündən sonra isə ürək-damar cərrahı Rəşad Mahmudov Qənirə xanımın vəsiyyətinin yerinə yetirilməsinin mümkünsüz olduğunu açıqlayıb. 

O bildirib ki, Qənirə xanımın orqanlarının istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür:

"Orqanların istifadəsi üçün sadəcə beyinin zədələnməsi və digər orqanların sağlam olması lazımdır. Qənirə xanımın bütün orqanların zədələnmişdi. Öz razılığı olsa belə, onun orqanlarından istifadə etmək tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO