Naxçıvanda toy keçirilən restoranda yanğın olub - VİDEO

Naxçıvanda toy keçirilən restoranda yanğın olub - VİDEO

Hazırda oxunan: Naxçıvanda toy keçirilən restoranda yanğın olub - VİDEO

160915

Naxçıvanda toy keçirilən restoranda yanğın olub. 

Bizim.Media nuhcixan.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərində fəaliyyət göstərən "Banu" restoranda qeydə alınıb. 

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. 

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO