Şahbuzda su anbarından meyit tapılıb - VİDEO 

Şahbuzda su anbarından meyit tapılıb - VİDEO 

Hazırda oxunan: Şahbuzda su anbarından meyit tapılıb - VİDEO 

160903

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında insan meyiti aşkarlanması barədə məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Nazirlikdən bildirilib. 

Bildirilib ki, əraziyə yaxınlaşmaq üçün nəqliyyat yolu olmadığından köməyə ehtiyac yaranıb. 

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Şahbuz şəhər sakini 20.01.1964-cü il təvəllüdlü Hüseynov Mahir Musa oğluna aid meyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyəti üzrə təhvil verilib. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO