Bakı Təşəbbüs Qrupunun ofisi AÇILDI - FOTO 

Bakı Təşəbbüs Qrupunun ofisi AÇILDI - FOTO 

Hazırda oxunan: Bakı Təşəbbüs Qrupunun ofisi AÇILDI - FOTO 

160876

Paytaxtda Bakı Təşəbbüs Qrupunun ofisinin açılışı baş tutub. 

Bizim.Media xəbər verir ki, tədbirdə qurumun rəsmi şəxsləri, o cümlədən Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov iştirak edib. 

O, jurnalistlərə Bakı Təşəbbüs Qrupunun vəzifələri və məqsədi barədə məlumat verib. 

Açılış mərasimində yerli və xarici qonaqlar da iştirak ediblər. 

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. 

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO