"Qarabağ"da itki - Yankoviç zədələnib 

Hazırda oxunan: "Qarabağ"da itki - Yankoviç zədələnib 

160807

"Qarabağ"ın futbolçusu Marko Yankoviç zədələnib. 

Bizim.Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turunda "Turan Tovuz"la səfər matçından (2:2) sonra təşkil olunan mətbuat konfransında danışıb. 

O, 28 yaşlı yarımmüdafiəçinin Monteneqro millisinin heyətində zədələndiyini bildirib:

"Marko Yankoviç millidə zədələnib. 1-2 həftə bizimlə olmayacaq". 

Qeyd edək ki, 2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinən Marko Monteneqro millisinin Livanla yoldaşlıq oyunu və Avro-2024-ün seçmə mərhələsində Serbiya ilə matçı üçün yığmaya dəvət almışdı. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO