“Fransa hər kəsə insan hüquqları, beynəlxalq hüquq sahəsində dərs vermək istəyir. Lakin Fransa bizim planetimizdə dərs verə biləcək ən son ölkədir. İnsan haqları sahəsində onun dərs verməyə haqqı yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda Əlcəzairin Ali təhsil və elmi tədqiqatlar nazirinin müşaviri Youcef Houri deyib.
Fransanın Əlcəzairə qarşı törətdiyi soyqırımı siyasətindən bəhs edən Youcef Houri bildirib:
“Fransızlar 1945-ci ilin martında 45 min əlcəzairlini, 1952-ci ildə Konstantin şəhərində 230 nəfəri öldürüblər. 1961-cı ildə Parisdə 300 nəfər əlcəzairli qətlə yetirilib. Soyqırımı uşaqlara, qadınlara, qocalara, bütünlükdə hər kəsə qarşı həyata keçirilirdi. Fransa bütün qadağan olunmuş silahlardan istifadə edərək Əlcəzair xalqını qətlə yetirirdi”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:12 / 20.10.2023
“Fransa beynəlxalq hüquq sahəsində dərs verə biləcək ən son ölkədir” - Əlcəzair təmsilçisi
Hazırda oxunan: “Fransa beynəlxalq hüquq sahəsində dərs verə biləcək ən son ölkədir” - Əlcəzair təmsilçisi
Hazırda oxunan: “Fransa beynəlxalq hüquq sahəsində dərs verə biləcək ən son ölkədir” - Əlcəzair təmsilçisi
160761
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.