Hövsanın istismara yararsız avtobusları nə vaxt YENİLƏNƏCƏK? – RƏSMİ AÇIQLAMA  

Hövsanın istismara yararsız avtobusları nə vaxt YENİLƏNƏCƏK? – RƏSMİ AÇIQLAMA  

Hazırda oxunan: Hövsanın istismara yararsız avtobusları nə vaxt YENİLƏNƏCƏK? – RƏSMİ AÇIQLAMA  

160728

Sərnişindaşımaya qənaətbəşx olmayan və dəfələrlə gündəmə gətirdiyimiz Hövsan-Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrut xəttinə hələ də yeni avtobuslar verilməyib.

Maraqlıdır ki, bu ilin mayında bəhs etdiyimiz xəttdə cəmi bir avtobus yenilənib. Qalanları isə texniki baxımdan yararsız, köhnə avtobuslardır.  
 

MÖVZU İLƏ BAĞLI:

Hövsanın təcili yardım DƏRDİ – 90 min əhalisi olan qəsəbədə iki briqada FƏALİYYƏT göstərir


Bəs, sözügedən istiqamət üzrə hərəkət edən avtobuslar tam olaraq nə vaxt yenilənəcək?

Bu barədə Bizim.Media-ya açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı konkret tapşırıqlar qoyulub: 

“Xəbərdarlıqlara riayət etməyən daşıyıcıların istismarında olan marşrutlar müsabiqəyə çıxarılır. Bakı və Abşeron rayonu üzrə son 2 ay ərzində 10 marşrut müsabiqəyə çıxarılıb. Proses davam etdirilir. Xəbərdarlıqlara riayət edən daşıyıcılar da var. Belə ki, sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur”.  

Qurum rəsmisinin sözlərinə görə son bir ay ərzində 74 marşrut xəttinə əlavə avtobuslar buraxılıb:  

“Avtobuslar sahibkarlara məxsusdur. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır”, - deyə Tural Orucov əlavə edib.  

Qeyd edək ki, Hövsan-Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrut xəttinin avtobusları texniki göstəricilərə və standarta cavab vermir.  

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO