"Fransa bizə BMT-nin xalqların öz müqəddəratını təyin etmək hüququnu tanımır. Bizim elektrik enerjisi, təhsil, su və bir çox şeyə çıxış imkanımız yoxdur. Fundamental hüquqlarımız yoxdur. Ona görə də yoxsulluq içərisində yaşayırıq".
Bizim.Media xəbər verir ki, bu fikirləri Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Mauris Pindard Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans KEÇİRİLİR
"Hazırda Fransa ordusu xalqımızı ərazidən çıxarır. Burada siyasi dominantlıqdan söhbət gedir. Parlamentdə sadəcə iki deputatımız var. Fransa qanunlarını polis gücü ilə tətbiq edir", - deyə o, əlavə edib.
Qeyd edək ki, konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak edirlər.
Murad Əhmədov, Nicat Niftəliyev, Bizim.Media