Robert le Kall:

Robert le Kall: "Sayəmizdə suverenlik qazanan Fransa bizə müstəqilliyimizi vermək istəmir"

Hazırda oxunan: Robert le Kall: "Sayəmizdə suverenlik qazanan Fransa bizə müstəqilliyimizi vermək istəmir"

160706

"Polineziya hələ də müstəmləkçilikdən əziyyət çəkməkdədir. Fransa Polineziyada uzun illər nüvə sınaqları həyata keçirib. Bu xalqımızın sağlamlığına sağalmaz zərərlər vurub". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Polineziya nümayəndəsi Heniu Robert le Kall Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans KEÇİRİLİR 


"Bizim kömür və qazımızdan Fransa ildə 25 milyard dollar qazanır. Fransanın elektrik enerjisinin 70 faizini Polineziya ödəyir. Məhz Polineziya xalqının əziyyəti sayəsində Fransa dünyada nüvə enerjisi istehsalına görə ikinci yerdədir.

Polineziyanın sayəsində Fransa hərbi və siyasi müstəqillik əldə edir. Amma Fransa haqqımız olan siyasi müstəqilliyi bizə vermək istəmir", - deyə o əlavə edib.

Qeyd edək ki, konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak edirlər.

Murad Əhmədov, Nicat Niftəliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO