Argentina səfiri Qəbələdə - FOTO  

Argentina səfiri Qəbələdə - FOTO  

Hazırda oxunan: Argentina səfiri Qəbələdə - FOTO  

160700

Argentina Respublikasının Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi Qəbələ rayonuna səfər edib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfirə rayonun iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilib. 

Diqqətə çatdırılıb ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar.
Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. 

Qeyd olunub ki, multikultiralizm və tolerantlıq nümunəsi olan Qəbələdə beynəlxalq və respublika əhəmiyyətli böyük tədbirlər keçirilir.

Səfər çərçivəsində səfir xanım Marianxeles Belluşi və onun başçılıq etdiyi nümayəndə heyəti Qəbələ “Qida Şəhərciyi”, Nic qəsəbəsində yerləşən “Müqəddəs Məryəm Ana” (Bulun) alban kilsəsi, Qəbələ Dövlət Tarix Bədii Qoruğu, “Savalan” üzüm emalı və şərab istehsalı müəssisəsi və turizm infrastrukturu ilə tanış olub. 










Tural Rasim oğılu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO