"Fransa müstəmləkəçiləri hələ də ölkəmizdədirlər. Onlar hələ də Qvadelupedə əsas torpaq sahibləridir".
Bizim.Media xəbər verir ki, bu fikirləri Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqı nümayəndəsi Jan Jakob Bisep Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans KEÇİRİLİR
"Bizim gənclərimizə Fransadan gələn müəllimlər dərs keçir. Onlar isə təhsili bitirdikdən sonra ölkəni tərk edirlər. Əvəzində Fransan Qvadelupeyə axın edirlər. Sözügedən vəziyyət ölkədə fransız müstəmləkəçiliyini daha da gücləndirir.
Bundan əlavə yüzlərlə soydaşımız polis zorakılığına məruz qalıb. Biz beynəlxaq ictimayyəti Fransanın törətdiyi cinayətlərə qarşı ədalətli davranmağa çağırırıq", - deyə o əlavə edib.
Qeyd edək ki, konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak edirlər.
Murad Əhmədov, Nicat Niftəliyev, Bizim.Media