Bəzi ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Bəzi ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Hazırda oxunan: Bəzi ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

160674

Bir sıra ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının, genetik materialların, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. 
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Belçika Krallığının Flandriya əyalətində, Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya vilayətində blutanq, İsveçrə Konfederasiyasının Bern inzibati ərazi vahidində, İtaliya Respublikasının Sardiniya regionunda epizootik homorraji, Polşa Respublikasının Lodz inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Dakota, Minnesota, Montana, Yuta ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. 

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün Belçika Krallığının Flandriya əyalətində və Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya vilayətində blutanq xəstəliyi baş vermiş təsərrüfatın 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, İsveçrə Konfederasiyasının Bern inzibati ərazi vahidindən və İtaliya Respublikasının Sardiniya regionundan bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların, Polşa Respublikasının Lodz inzibati ərazisində və ABŞ-ın Cənubi Dakota, Minnesota, Montana, Yuta ştatlarında, yüksək patogen quş qripi xəstəliyinin baş vermiş ərazi vahidinə daxil olan təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən quşçuluq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. 

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO