Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı təlimlər başa çatdı - FOTO

Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı təlimlər başa çatdı - FOTO

Hazırda oxunan: Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı təlimlər başa çatdı - FOTO

160630

Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı "Erciyes-2023" təlimləri başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimdə müşahidəçi kimi, Azərbaycanla yanaşı, həmçinin Gürcüstan, Pakistan, Liviya, İspaniya, İtaliya və Özbəkistan da təmsil olunub.

Təlimlədə 652 nəfərlik şəxsi heyət, 67 nəqliyyat vasitəsi, 5 təyyarə və 354 müxtəlif növ silahlardan istifadə olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də sözügedən təlimlərlə bağlı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Kayseri şəhərində keçirilən “Erciyes - 2023” təlimində iştirak ediblər. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

“Erciyes - 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.













Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO