Ermənistan hökuməti respublikada yayımlanan Rusiya telekanalları ilə bağlı bütün mümkün variantlarını nəzərdən keçirir.
Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan brifinqdə bildirib.
Onun sözlərinə görə, nazirliyin Rusiya telekanalları ilə imzaladığı müqavilə pozuntular aşkar etməsi halında, “müəyyən addımlar” atılmasını nəzərdə tutur.
"Biz sazişin bütün bəndləri ilə tanışıq və müvafiq addımlar atacağıq. Sizə məlumat verəcəyik", - deyə o əlavə edib.
Xatırladaq ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Lusine Badalyan Ermənistanda Rusiya telekanallarının bağlanması məsələsi müzakirə olunduğunu söyləyib.
Onu da əlavə edək ki, Ermənistanda Rusiyanın Birinci Kanalı, RTR Planeta, Rusiya, Mədəniyyət və dövlətlərarası “Mir” telekanalı ictimai multipleks vasitəsilə yayımlanır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:45 / 19.10.2023
Ermənistanda Rusiya telekanalları bağlanacaq? - RƏSMİ CAVAB
Hazırda oxunan: Ermənistanda Rusiya telekanalları bağlanacaq? - RƏSMİ CAVAB
Hazırda oxunan: Ermənistanda Rusiya telekanalları bağlanacaq? - RƏSMİ CAVAB
160628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.