Azərbaycanda fəaliyyət göstərən 1844 dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 2023-cü ilin əvvəlinə uşaqların sayı 118 min 71 nəfər olub. 2006-cı ildə isə 1764 məktəbəqədər təhsil müəssisəsinə 111 min 17 uşaq cəlb olunub.
Bizim.Media xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” adlı rəsmi statistik məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, həmin təhsil müəssisələrində 17 min 286 pedaqoji işçi çalışır. Onların 35,9 faizi ali təhsillidir (95,5 faizi pedaqoji, o cümlədən 79,0 faizi məktəbəqədər). 2006-cı ildə isə bu rəqəm müvafiq olaraq 23,1, 91,6 və 67,6 faiz təşkil edib. Qeyd edək ki, 2006-cı ildə məktəbəqədər təhsil müəssisəsində çalışan pedaqoji işçilərin sayı 14 min 557 nəfər olub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:06 / 19.10.2023
Bağçalarda çalışanların neçə faizi ali təhsillidir?
Hazırda oxunan: Bağçalarda çalışanların neçə faizi ali təhsillidir?
Hazırda oxunan: Bağçalarda çalışanların neçə faizi ali təhsillidir?
160601
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.