Türkiyəli nazir Bakıda Azərbaycan Qadınlarının Qurultayında iştirak edib

Türkiyəli nazir Bakıda Azərbaycan Qadınlarının Qurultayında iştirak edib

Hazırda oxunan: Türkiyəli nazir Bakıda Azərbaycan Qadınlarının Qurultayında iştirak edib

160575

Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşla görüşüb.

Nazirlər Kabinetinin mmətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Ə.Əsədov Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin rifah halının və sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verib.

Bununla yanaşı əhalinin dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması prioritet istiqamətlər kimi dəyərləndirilib.

Türkiyəli nazirin Bakıda Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Azərbaycan Qadınlarının 6-cı Qurultayında iştirakının əhəmiyyəti vurğulanıb.

Diqqətə çatdırılıb ki, 25 il əvvəl Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən Azərbaycan Qadınlarının 1-ci Qurultayı müasir dövrdə ölkəmizdə qadın hərəkatının əsası qoymuşdur.

Vurğulanıb ki, hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk dövlət olmuşdur. Azərbaycan dövlətinin bu gün qadın hüquqlarının təmin olunmasına xüsusi önəm verdiyi bildirilib. Ölkədə gender bərabərliyinin, qadınların sosial və ictimai həyatın bütün sahələrində bərabər iştirakının təmin edilməsinə yönəlmiş siyasətin aparıldığı qeyd olunub.

Eyni zamanda, Azərbaycanda uşaq hüquqlarının təmin olunmasının da diqqət mərkəzində olduğu diqqətə çatdırılıb. Ölkəmizdə uşaqların müdafiəsi üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib. Ötən dövrdə ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası da daxil olmaqla bir sıra beynəlxalq sənədlərə qoşulub.
Həmçinin Azərbaycan ilə Türkiyə arasında ailə, qadın və uşaq problemləri sahəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu vurğulanıb. Bu baxımdan ötən ilin noyabr ayında İstanbulda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə Fəaliyyət Planının imzalanmasının önəmi qeyd olundu, ötən dövr ərzində Fəaliyyət Planının icrası çərçivəsində görülən işlər təqdir edilib.

Həmçinin dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında imzalanmış 2024-2025-ci illər üzrə Fəaliyyət Planının əhəmiyyətinə toxunulub.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edilib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO