"Muğan Bank"da 217 milyon manata yaxın sığortalanmış əmanət var

Hazırda oxunan: "Muğan Bank"da 217 milyon manata yaxın sığortalanmış əmanət var

160526

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "Muğan Bank" ASC-də 217 milyon manata yaxın sığortalanmış (kompensasiya olunan) əmanət var. 

Bizim.Media xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilib. 

"Muğan Bank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə uyğun qaydada ödəniləcək.

Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək", - deyə qurum bəyan edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO