Gəncədə telefon oğrusu ələ keçirildi - FOTO

Gəncədə telefon oğrusu ələ keçirildi - FOTO

Hazırda oxunan: Gəncədə telefon oğrusu ələ keçirildi - FOTO

16039

Gəncədə vətəndaşların telefonunu ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) bir nəfər vətəndaşa məxsus mobil telefonun naməlum şəxs tərəfindən danışmaq adı ilə alınaraq daha sonra qaçırılması barədə məlumat daxil olub. 

 

MÖVZU İLƏ BAĞLI:

2 günə 2 oğurluq - Gəncə sakini evlərdən nə ələ keçirdi? - FOTO


RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Qasımov şəhər ərazisində saxlanılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun müxtəlif vaxtlarda ümumilikdə 9 şəhər sakininə qarşı analoji cinayət hadisəsini törətməsi məlum olub.

Ələ keçirdiyi mobil telefonları tanımadığı şəxslərə satdığını deyən R.Qasımov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO