BİZİM TƏQVİM: 18 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 18 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 18 oktyabrda baş vermiş tarixi hadisələr

160290

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyiyinin Bərpası haqqında Konstitusiya Aktını qəbul edib. Həmin sənədə görə, Azərbaycan SSRİ-dən ayrılaraq müstəqil dövlət elan olunub və 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılıb.

Bəs, oktyabrın 18-də hansı hadisələr baş verib?

1. 1867-ci ilin 18 oktyabrında ABŞ Alyaskanı Rusiyadan 7,2 milyon dollar qarşılığında satın aldı. 22 il sonra həmin gün Porto Rikonu da ələ keçirdi.

2. 18 oktyabr 1912-ci ildə İtaliya ilə Osmanlı imperiyası arasındakı Trablusqarp Müharibəsini sona çatdıran Uşi Sazişi imzalandı. Müqaviləyə görə, Osmanlı dövlətinin Afrika qitəsindəki son torpağı olan Trablusqarp və Benqazi tam, 12 ada isə müvəqqəti olaraq İtaliyaya verildi.

3. 1922-ci il 18 oktyabrda İngiltərənin BBC mətbuat orqanı quruldu.

4. 18 oktyabr 1935-ci ildə İtaliyanın Aralıq dənizindəki ekspansiyasına qarşı İngiltərə, Yunanıstan, Türkiyə və Yuqoslaviya arasında qarşılıqlı zəmanətlərə əsaslanan Aralıq Dənizi Müqaviləsi imzalandı.

5. 1967-ci ilin 18 oktyabrında SSRİ-nin uçurduğu “Venera-4” kosmik gəmisi Veneraya çatdı. “Venera-4” Yer kürəsindən sonra bir planetin atmosferini araşdıran ilk kosmik gəmi sayılır.  

6. Fələstin kəşfiyyatçılarının 1977-ci ilin 18 oktyabrında Somalinin Moqadişo hava limanına qaçırdığı “Lufthansa” sərnişin təyyarəsini  Almaniyanın antiterror komandası basdı, 3 nəfəri öldürdü, 86 girovu xilas etdi.

7. 2007-ci ilin 18 oktyabrında Pakistanın keçmiş baş naziri Bənazir Bhutto 8 illik sürgündən sonra döndüyü ölkəsində bombalı hücuma məruz qaldı. Bhuttonun yaralanmadan xilas olduğu bu hücumda 126 adam həyatını itirdi, 248 nəfər yaralandı.

8. 2020-ci ilin 18 oktyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 “Qrad” YARS qurğusu, 2 ədəd “Smerç” yaylım atəşli raket sistemi, beşdən çox tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi məhv edilib. 
Füzuli ərazisində düşmənin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Ermənistan ordusunun Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçmək cəhdləri Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Və Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpüsünə nəzarət Azərbaycanın tərəfinə keçib.

18 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünya elminin korifeylərindən biri, Nobel mükafatı laureatı Tomas Alva Edisson 1938-ci ilin bu günü ABŞ-ın Nyu-Cersi ştatında vəfat edib. Tomas Edisson təkcə Amerika Birləşmiş Ştatlarında öz ixtiralarına görə 1098, dünyanın 34 ölkəsində isə 3 minə qədər patent alıb. (1847-1931)

2. 18 oktyabr 1918-ci ildə görkəmli ədəbiyyatşünas alim, Azərbaycanda mifologiya elminin yaradıcısı Mirəli Seyidov (1918-1992) doğulub. "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının söykökünü düşünərkən", "Yaz bayramı" və s. kitabların müəllifidir.

3. 18 oktyabr 1949-cu ildə tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 - 12.5.2011) anadan olub. 1982-1989-cu illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib, Milli Dram Teatrında, habelə Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə «Yuğ» Teatrını yaradıb və ömrünün sonunadək bu sənət ocağına rəhbərlik edib. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO