Bakıda dəhşət: 52 yaşlı kişi güllələndi

Bakıda dəhşət: 52 yaşlı kişi güllələndi

Hazırda oxunan: Bakıda dəhşət: 52 yaşlı kişi güllələndi

160288

Oktyabrın 17-də 1971-ci il təvəllüdlü Arif Fətəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Xətai rayon prokurorluğu yayıb.

Araşdırma zamanı 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən  öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elməddin Fətəliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO