Xaçatryan və digər erməni silahlılarının Meşəlidə qətlə yetirdiyi şəxslərin ADLARI 

Xaçatryan və digər erməni silahlılarının Meşəlidə qətlə yetirdiyi şəxslərin ADLARI 

Hazırda oxunan: Xaçatryan və digər erməni silahlılarının Meşəlidə qətlə yetirdiyi şəxslərin ADLARI 

160216

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı zamanı Vaqif Xaçatryan və digər erməni silahlılarının qətlə yetirdiyi şəxslərin adları açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Vaqif Xaçatryanın ittiham aktında bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçatryan işgəncə verdiyi daha bir şəxslə ÜZLƏŞDİ – VİDEO  


İttihamda qeyd edilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Meşəli kəndinə basqın edərək evlərə və küçələrə hücum edib. 

Onlar kənd sakinləri 1936-cı il təvəllüdlü Quliyev Qədim, 1936-cı il təvəllüdlü Quliyeva Ruba Hacı qızını, 1903-cü il təvəllüdlü Quliyev Mətləb Qənimət oğlunu, 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızını, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızını, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızını, 01 iyul 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu, 1932-ci il təvəllüdlü Sadıqova Qönçə Məmmədbağır qızını, 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 1936-cı il təvəllüdlü Nurməmmədova Pakizə İslam qızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nəbi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 1938-ci il təvəllüdlü Kazımov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 1929-cu il təvəllüdlü Qasimov Ənvər Bahadur oğlunu, 01 iyul 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı rayon polis şöbəsinin Meşəli polis bölməsinin polis (milis) serjantları - 1969-cu il təvəllüdlü Quliyev İsmayıl Qənimət oğlunu və 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetiriblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO