İmişlidə traktorla minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb

İmişlidə traktorla minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb

Hazırda oxunan: İmişlidə traktorla minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb

160164

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, yol qəzası saat 20 radələrində İmişli rayonu Cəfərli kəndi ərazisində qeydə alınıb.  

Hadisə zamanı Əliqulular kənd sakini, 1989-cu il təvəllüdlü Hümbətov Samir Fazil oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə traktor toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini Cəfərli kənd sakini Məmmədov Cavad Azad oğlu xəsarət alıb. 

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO