Bu gün, oktyabrın 17-də Azərbaycanda ilk dəfə Füzuli Şəhəri Günü qeyd olunur.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevi bu il iyulun 31-də sərəmcam imzalayıb.
Bu günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, 2020-ci il oktyabrın 17-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğaldan azad olunduğunu elan edib.
Qeyd edək ki, avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb.
Bizim.Media