Kürdəmirdə ağır QƏZA: Kişi öldü, həyat yoldaşı və oğlu xəsarət aldı - FOTO 

Kürdəmirdə ağır QƏZA: Kişi öldü, həyat yoldaşı və oğlu xəsarət aldı - FOTO 

Hazırda oxunan: Kürdəmirdə ağır QƏZA: Kişi öldü, həyat yoldaşı və oğlu xəsarət aldı - FOTO 

160128

Kürdəmirdə baş verən ağır yol qəzasında bir ailənin başçısı ölüb, oğlu və həyat yoldaşı xəsarət alıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Atakişilli kəndi ərazində qeydə alınıb. 

Belə ki, “Mercedes” markalı minik maşınının sürücüsü Ucar rayon sakini 21 yaşlı İbrahimov Taleh Şamil oğlu Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yol kənarına aşıb. 
Hadisə zamanı avtomobildə olan sürücünün atası dünyasını dəyişib, anası isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon mərkəzi xəstəxanasına aparılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.  









Bizim.Media,Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO