Bakıda azyaşlı özündən yaşca böyük şəxsə ƏRƏ VERİLİR 

Bakıda azyaşlı özündən yaşca böyük şəxsə ƏRƏ VERİLİR 

Hazırda oxunan: Bakıda azyaşlı özündən yaşca böyük şəxsə ƏRƏ VERİLİR 

160053

Bakıda azyaşlı qız ərə verilir. 

Bizim.Media-nın məlumatına görə, Binəqədi rayon sakini olan 17 yaşlı qız özündən yaşca çox böyük kişiyə ərə verilir. 

Cütlüyün toy mərasimi isə oktyabrın 29-da Azadlıq prospektində yerləşən “Mələk” şadlıq sarayında baş tutacaq. Artıq cütlüyün yaxınlarına toy dəvətnamələri paylanıldığı bildirilib. 
Mənbənin sözlərinə görə, ərə verilən qız Binəqədi kəndində yaxşı tanınan və dünyasını dəyişən Məşədi Kərimin qızıdır. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov məsələnin araşdırıldığını bildirib. 

Binəqədi Rayon İcra Hakimiyyətindən də hadisə ilə bağlı araşdırma aparıldığı qeyd olunub. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO