Bu məktəbin bir əsr yaşı var - FOTO

Bu məktəbin bir əsr yaşı var - FOTO

Hazırda oxunan: Bu məktəbin bir əsr yaşı var - FOTO

159900

Qax şəhər Dilarə Əliyeva adına 1 nömrəli tam orta məktəbin fəaliyyətə başlamasından  100 il keçir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu münasibətlə təşkil edilən mərasimdə məktəbin keçmiş və indiki məzunları, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri, təhsil işçiləri iştirak edib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Mədinə Heydərova qocaman təhsil ocağının yaranma tarixi, keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib. 

Qeyd olunub ki, məktəb Qori Müəllimlər Seminariyasının məzunu İslam bəy Qabulovun təşəbbüsü ilə yaradılıb.

Ötən müddət ərzində Azərbaycanda maarifin və təhsilin inkişafında xüsusi xidmətləri olub, neçə-neçə elm adamı, alim, nüfuzlu ziyalılar yetişdirib. Azərbaycan  Prezidentinin müvafiq Sərəncamına əsasən, məktəb 2010-2011-ci tədris ilində “Ən yaxşı ümumi təhsil müəssisəsi” respublika müsabiqəsinin qalibi olub.
Məktəbin keçmiş məzunları, təhsil işçiləri  kollektivi 100 illik yubiley münasibətilə təbrik edib, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, kollektivə işlərində müvəffəqiyyətlər arzulayıb. 

Sonda məktəbin bir qrup müəllimi rayon icra hakimiyyətinin, eləcə də Şəki-Zaqatala regional təhsil idarəsinin fəxri fərman və xatirə hədiyyələri ilə təltif edilib.  

Tədbir bədii proqramla davam edib.








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO