Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnika payız-qış istismar rejiminə keçirilir - FOTO 

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnika payız-qış istismar rejiminə keçirilir - FOTO 

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnika payız-qış istismar rejiminə keçirilir - FOTO 

159840

Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində silah və texnikaların saz vəziyyətdə saxlanması, təlimata uyğun istifadə və istismar olunması, həmçinin mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələlər keçirilib. 

Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, əşğələlər zamanı keçirilən dərslərdə bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırlıb və mövsümi tələblərə uyğun olaraq silah və texnikalara düzgün texniki qulluğun göstərilməsi, həmçinin hissə və mexnizmlərin dəyişdirilməsi praktiki olaraq şəxsi heyətə göstərilib. 

Məşğələlərdən sonra bölmələrdə avtomobil və zirehli texnikalara, aviasiya və hava hücümundan müdafiə vasitələrinə, rabitə avadanlıqlarına, raket-artilleriya silahlarına,  atıcı silahlara və döyüş sursatlarına planlı şəkildə mövsümi qulluğun göstərilməsinə başlanılıb. 
Kompleks tədbirlər çərçivəsində texnikaların yanacaq-sürtgü materialları və filtrləri mövsümi tələblərə uyğun olaraq dəyişdirilir, elektrik və hidravlik sistemləri, hissə və mexanizmləri planlı şəkildə yoxlanılır. 

Zirehli texnikaların döyüş və güc bölmələrinə xüsusi qulluq göstərilir, bütün hərəkət hissələri yağlanır, tırtıllar tarımlanır, mühərriklərin yağı dəyişdirilir. 

Qeyd edək ki, texnikaların payız-qış mövsümündə istismarına keçidin keyfiyyətli keçirilməsi soyuq hava və yüksək dağlıq ərazilərdə, sutkanın hər vaxtında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılmasına, həmçinin  şəxsi heyətin bu mövsümdə fasiləsiz təminatına imkan yaradacaq. 








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO