Qusarda 3 nəfər göbələkdən ZƏHƏRLƏNDİ - İkisi ÖLDÜ 

Qusarda 3 nəfər göbələkdən ZƏHƏRLƏNDİ - İkisi ÖLDÜ 

Hazırda oxunan: Qusarda 3 nəfər göbələkdən ZƏHƏRLƏNDİ - İkisi ÖLDÜ 

159829

Qusar rayonunda 3 nəfər göbələkdən zəhərlənib, onlardan ikisi ölüb.  
 
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən evlərin birində qeydə alınıb. 

Burada kirayədə yaşayan Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Zeynalov Şamil Yusif oğlu, 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu və şəxsiyyəti hələ dəqiqləşdirilən şəxs evdə yedikləri göbələkdən zəhərləniblər.  

Nəticədə S.Zeynalov və digər bir nəfər ölüb. Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.  

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub.

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO