Ermənipərəst Fransa Azərbaycana qarşı qərəzli niyyət və addımlarından əl çəkmir. Belə ki, Fransa BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycan əleyhinə növbəti təşəbbüsə hazırlaşır.
Fransa TŞ çərçivəsində ermənilərin Qarabağa qaytarılması ilə bağlı qətnamənin qəbulunu tələb edəcək. Belə bir açıqlamanı ölkənin xarici işlər naziri Katrin Kolonna Fransa Senatında verib.
Onun əsassız iddiasına görə, guya Azərbaycan “100 mindən çox erməninin Qarabağdan çıxarılmasını planlaşdırıb və təşkil edib”.
Bildirib ki, bu “ağır cinayət” cavabsız qala bilməz və qayıdışla bağlı sahədə daimi “beynəlxalq nəzarət” də olmalıdır.
Qeyd edək ki, 44 günlük müharibə başlayandan bəri bu, Fransanın BMT TŞ-də Azərbaycan əleyhinə yönəlik 5-ci cəhdi olacaq. Parisin ilk belə cəhdi 44 günlük müharibə dövründə edilib. Digər üç cəhdi isə Paris son bir il ərzində atıb. Ötən ilin dekabrı, bu ilin avqust və sentyabr aylarında. Lakin hər dəfə də Fransanın cəhdləri fiaskoya uğrayıb.
Fransanın bu dəfəki cəhdindən nə gözləmək olar?
Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Qərb Cənubi Qafqaza özlərinin sülhməramlı kontingenti adı altında hərbi birləşmələrini gətirməyə çalışır:
“Guya onlar sülhün tərəfdarıdır. Azərbaycan guya aqressiv tərzdə hərəkət edib deyə, bölgədə Qərbin də gözü, əli olmalıdır. Amma bu baş tutan iş deyil. Azərbaycan onsuz da onların bütün planlarını pozub. Azərbaycana öz daxili məsələsini tənzimləməkdə heç bir beynəlxalq mexanizm lazım deyil. Erməni azlığın reinteqrasiyasından söhbət gedirsə, Azərbaycan dövləti bunun üçün nə lazımdırsa, hamısını edir. Mexanizm və presedentlər var.
Artıq yerli ermənilərin bəziləri Azərbaycan vətəndaşlığını almaq üçün müraciətlər edib. Heç kəsin bu prosesə müdaxiləsinə icazə verməyəcəyik. Bu Azərbaycanın daxili gündəliyinin bir bəndidir. Türkiyə, İran və Rusiya da Qərb kontingentinin əraziyə gəlməsini istəmir. Fransanın çirkin niyyətlərinin reallaşmasına imkan verməyəcəyik. Bu mənada Fransanın BMT TŞ-da Qarabağla bağlı növbəti hay-küyü də iflasa uğrayacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:10 / 14.10.2023
Fransanın BMT-də növbəti TƏXRİBAT HAZIRLIĞI – Budəfəki hay-küyə SƏBƏB NƏDİR?
Hazırda oxunan: Fransanın BMT-də növbəti TƏXRİBAT HAZIRLIĞI – Budəfəki hay-küyə SƏBƏB NƏDİR?
Hazırda oxunan: Fransanın BMT-də növbəti TƏXRİBAT HAZIRLIĞI – Budəfəki hay-küyə SƏBƏB NƏDİR?
159817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.