Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi AŞKARLANDI - FOTO 

Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi AŞKARLANDI - FOTO 

Hazırda oxunan: Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi AŞKARLANDI - FOTO 

159757

Xırdalanda antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb. 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən, fiziki şəxs Əhədov Hacıbala Hacıdədə oğluna məxsus şirniyyat istehsalı müəssisəsində agentlik əməkdaşları tərəfindən planlı yoxlama aparılıb. 

Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, çarpaz çirklənmə riskinin yarandığı, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal olunan məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və digər nöqsanlar aşkarlanıb. 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO