Britaniyalı səfir Cəbrayılda “Qaya Safety Solutions” MMC-nin minatəmizləmə fəaliyyəti ilə TANIŞ OLUB – FOTO  

Britaniyalı səfir Cəbrayılda “Qaya Safety Solutions” MMC-nin minatəmizləmə fəaliyyəti ilə TANIŞ OLUB – FOTO  

Hazırda oxunan: Britaniyalı səfir Cəbrayılda “Qaya Safety Solutions” MMC-nin minatəmizləmə fəaliyyəti ilə TANIŞ OLUB – FOTO  

159707

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld oktyabrın 12-də Cəbrayıl rayonuna səfər edib. Səfir bu barədə özünün “X” hesabında məlumat verib. 

Bizim.Media xəbər verir ki, britaniyalı diplomat səfər proqramı çərçivəsində yerli özəl minatəmizləmə şirkəti olan “Qaya Safety Solutions” MMC-nin Cəbrayıl rayonundakı iş sahəsini ziyarət edib.  

Fergus Auld rayon ərazisində gedən minatəmizləmə fəaliyyəti ilə tanış olub. Böyük Britaniyanın ölkəmizdəki səfirinə minatəmizləmə prosesində minaxtaran itlərdən və minatəmizləmə maşınlarından istifadə nümayiş olunub.  

Qeyd edək ki, “Qaya Safety Solutions” şirkəti 2021-ci ilin oktyabr ayında təsis edilib və humanitar minatəmizləmə sahəsində peşəkar səviyyədə fəaliyyət göstərir.

“Qaya Safety Solutions” beynəlxalq təcrübəli tərəfdaş olaraq “Safelane Global” Mina Təmizləmə şirkəti ilə əməkdaşlıq edir. “Qaya Safety Solutions” şirkəti fəaliyyəti dönəmində Cəbrayıl rayonunun minalardan təmizlənməsi istiqamətində işlər aparır. 






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO