Fransadan gələn taxtabiti bəlasının qarşısını almaq üçün hansı tədbirlər GÖRÜLÜB? – RƏSMİ AÇIQLAMA

Fransadan gələn taxtabiti bəlasının qarşısını almaq üçün hansı tədbirlər GÖRÜLÜB? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Fransadan gələn taxtabiti bəlasının qarşısını almaq üçün hansı tədbirlər GÖRÜLÜB? – RƏSMİ AÇIQLAMA

159681

Fransada başlayan taxtabiti təhlükəsi tədricən digər ölkələrə də yayılır. Son günlər Yunanıstanda taxtabiti hücumları artıb. Yunanıstan Taxtabitlərini Dərmanlama Şirkətləri Birliyinin sədri Yorgos Lambru bununla bağlı həyəcan təbili çalıb. O qeyd edib ki, ölkə üzrə xüsusilə turizm bölgələrində tez-tez müşahidə olunan taxtabitilər səbəbilə vəziyyət böhran həddinə çatıb.

Taxtabitilər baqaj və ictimai nəqliyyat vasitəsi ilə asanlıqla yayılır. Ona görə də taxtabitilərə daha çox otellərdə, düşərgələrdə və fərdi mənzillərdə rast gəlinir.

İki gün öncə Türkiyə mətbuatı da xəbər yaydı ki, ölkənin bəzi hava limanlarından keçən yüklərdə taxtabitilərə rast gəlinib. Təbii ki, bu faktın Türkiyədə qeydə alınması o deməkdir ki, taxtabitilərin ölkəmizə keçməsi an məsələsidir.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, DGK-nin bütün buraxılış məntəqələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır:

“Taxtabitilərlə bağlı xəbərlər yayıldıqdan sonra bu məsələ xüsusilə diqqətə alınıb. Mübarizə tədbirləri gücləndirilib. Bugünədək gömrük-keçid məntəqələrində taxtabitilərə bulaşmış hansısa yük aşkarlanmayıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO