Şəkidə payız səpini BAŞLADI - FOTO  

Şəkidə payız səpini BAŞLADI - FOTO  

Hazırda oxunan: Şəkidə payız səpini BAŞLADI - FOTO  

159664

Şəkidə payız səpini başlayıb. Rayonda 285 ədəd şum traktoru, 126 ədəd toxumsəpən aqreqat və digər becərmə texnikaları təmir edilərək payız səpini üçün saz vəziyyətə gətirilib.

Bizim.Media-nın yerli bürosuna Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, rayonda gələn ilin məhsulu üçün 65,3 min hektar sahədə payızlıq dən bitkilərinin səpini nəzərdə tutulur. 

Bu sahələrin 34,2 min hektarına buğda, 31,1 min hektarına isə arpa səpiləcək. Artıq rayonun ən iri dənli bitkilərin əkildiyi Böyük və Kiçk Dəhnə, Suçma, Qayabaşı, Cəyirli, Sarıca, Qayabaşı, Dərəcənnət və Qaratorpaq kəndlərinin ərazilərindəki təsərrüfatlarda arpa səpini həyata keçirilir. 
Şəki DAİM-dən o da bildirilib ki, səpin işlərini həyata keçirmək üçün indiyə kimi 50 min hektara yaxın sahədə payız şum icra olunub.

Rayonda bu il aparılacaq səpinlər üçün ümumilikdə 13 min tona yaxın arpa və buğda toxumu tələb olunur ki, bununla əlaqədar toxumçuluq təsərrüfatları tərəfindən 8 min tona yaxın sertifikatlaşmış toxum hazırlayıblar. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO